Tərkibi: 1 ml suspenziyada 50 mq natrium alginat, 21, 30 mq natrium bikarbonat, 32,50 mq kalsium karbonat. Farmakoterapevtik qrup: mədə xorası, qastro-ezofageal reflüks xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərman vasitələri. İstifadəsinə göstərişlər: mədə turşusunun artıqlığı və turşunun requrgitasiyası və mədə möhtəviyyatının qida borusuna qayıtması ilə bağlı yaranan qıcqırma və döş qəfəsində yanma. İstehsalçı: Vefa İlaç, Türkiyə.