Tərkibi: domperidon 1 mq, simetikon 4 mq. Farmakoterapevtik qrup: qusma əleyhinə. İstifadəsinə göstərişlər: qastroezofageal reflüks və ezofagitlə bağlı yaranan dispeptik simptomlar (mədə boşalmasının gecikməsi, mədə nahiyəsində dolğunluq hissi, köp, gəyirmə, qaz, ürəkbulanma, qusma). Şüa terapiyası, dərman terapiyası və ya pəhrizdən qaynaqlanan funksional, üzvi və ya yoluxucu mənşəli ürəkbulanma və qusma. Parkinson xəstəliyində istifadə edilən dofamin aqonistlərinin yaratdığı ürəkbulanma və qusma. Uşaqlarda requrgitasiya sindromu, dövri qusma, qastroezofageal reflüks və digər mədə hərəkətliliyi pozğunluqları. İstehsalçı: World Medicine, Türkiyə.