Tərkibi: tirzepatid 5 mq. Farmakoterapevtik qrup: GIP və GLP-1 reseptorlarının aqonisti. İstifadəsinə göstərişlər: 2-ci tip şəkərli diabeti olan insanlarda pəhriz və fiziki aktivliyə əlavə olaraq; metforminin əks göstərişi olan hallar və ya metforminə dözümsüz olan xəstələrdə monoterapiya kimi; diabet xəstələrində kombinə olunmuş müalicənin hissəsi kimi. Çəkinin idarə olunması, o cümlədən çəki itkisi və saxlanması, aşağı kalorili pəhriz və artan fiziki aktivlikliyə əlavə olaraq. İlkin bədən kütlə indeksi (BKİ) ≥ 30 kq/m² (piylənmə) və ya ≥ 27 kq/m² -dən < 30 kq/m² -ə qədər (artıq çəki) olan böyüklərdə. Artıq çəki ilə əlaqəli ən azı bir yanaşı xəstəlik olduqda (hipertoniya, dislipidemiya, obstruktiv yuxu apnesi, ürək-damar xəstəliyi, prediabet və ya 2-ci tip diabet). İstehsalçı: Aristopharma, Banqladeş.