Tərkibi: semaqlutid 1 mq. Farmakoterapevtik qrup: hipoqlikemik vasitə. Semaqlutid GLP-1 reseptorlarının (GLP-1R) aqonisti olub, insanda olan GLP-1 ilə 94% homologiyaya malik GLP-1 analoqudur. İstifadəsinə göstərişlər: BKİ (bədən kütlə indeksi) ≥30 kq/m² olan böyüklərdə xroniki piylənmə. Artıq çəki (BKİ ≥27 kq/m²) və artıq çəki ilə əlaqəli ən azı bir yanaşı vəziyyət (hipertoniya, dislipidemiya, 2-ci tip şəkərli diabet). 12 yaş və yuxarı yeniyetmələrdə piylənmə. Metabolik pozğunluq nəticəsində yaranan artıq çəki, insulinə həssaslığın azalması, həddindən artıq yeməklə müşayiət olunan qidalanma pozğunluqları. İstehsalçı: Novo Nordisk, Danimarka.