Tərkibi: dekspantenol 50 mq. Köməkçi maddələr: protegin X 50 mq, setil spirti 18 mq, stearil spirti 12 mq, ağ arı mumu 40 mq, lanolin 250 mq, yumşaq ağ parafin 130 mq, badam yağı 50 mq, maye parafin 150 mq, təmizlənmiş su 1000 mq-a qədər. İstifadəsinə göstərişlər: yenidoğulanlarıda bələk dermatitinin və bişməcənin müalicəsi, uşaq əmizdirmə zamanı döş giləsinin quruluğu və çatlarının müalicəsi, dəri quruluğunun profilaktikası və müalicəsi, dərinin cızıqları, kiçik sıyrıqlar, xora və yataq yaraları nəticəsində zədələnməsi zamanı regenerasiyası prosesinin stimullaşdırılması üçün. İstehsalçı: Bayer, Almaniya.