Tərkibi: dekspantenol 50 mq, xlorheksidin hidroxlorid 5 mq; köməkçi maddələr: pantolakton 5 mq, setil spirti 36 mq, stearil spirti 24 mq, lanolin 30 mq, ağ yumşaq parafin 100 mq, maye parafin 100 mq, makroqol stearat 30 mq, 1 q-a qədər təmizlənmiş su. İstifadəsinə göstərişlər: sıyrıntılar, cırmaqlar, kiçik kəsiklər və qaşınma yerləri, çatlar, kiçik yanıqlar; dərinin yoluxmuş səthi yaraları; ana südü ilə əmizdirmə zamanıı məmələrin uclarının çatlaması kimi infeksiya riski olan kiçik yaraların işlənilməsi və müalicəsi. Xroniki yaralarda, məsələn, baldırların trofik xoraları, yataq yaraları, həmçinin əməliyyat yaraları. İstehsalçı: Bayer, Almaniya.