Tərkibi: piridoksin hidroxlorid 50 mq. Farmakoterapevtik qrup: vitaminlər. İstifadəsinə göstərişlər: B6 vitamininin hipo və avitaminozu; yenidoğulmuşlarda anadangəlmə piridoksindən asılı qıcolma sindromu; izoniazid və digər izonikotin turşusu hidrazid törəmələrinin neyrotoksikliyinin qarşısının alınması və müalicəsi. Sinir sistemi xəstəlikləri üçün kompleks terapiyanın bir hissəsi kimi: parkinson, mərkəzi və ya periferik mənşəli iflic, Littl xəstəliyi, Menyer sindromu, dəniz xəstəliyi və hava xəstəliyi, radikulit, nevralgiya, nevrit. İstehsalçı: Борисовский завод медицинских препаратов, Belarusiya.