Tərkibi: flüosinolon asetonid 0.25 mq. Farmakoterapevtik qrup: yerli təsirli qlükokortikosteriod. İstifadəsinə göstərişlər: qeyri-mikrob etiologiyalı, QKS-yə həssas olan kəskin və xroniki iltihabi və allergik dəri xəstəlikləri, o cümlədən seboreik dermatit, atopik dermatit, müxtəlif mənşəli və lokalizasiyalı ekzema, dəri qaşınması, psoriaz; günəş yanığı; həşərat dişləmələri. İstehsalçı: Jelfa, Polşa.