Tərkibi: silimarin 90 mq. Farmakoterapevtik qrup: hepatoprotektor. İstifadəsinə göstərişlər: toksik qaraciyər zədələnməsi; kəskin hepatitdən sonrakı vəziyyətlər; xroniki qeyri-viral hepatit; qaraciyər steatozu (alkoqolsuz və alkoqollu); qaraciyər sirrozu; dərmanların, alkoqolun və xroniki intoksikasiyanın (həmçinin, peşə intoksikasiyası) uzun müddət istifadəsi nəticəsində yaranan qaraciyər zədələnməsinin qarşısının alınması. İstehsalçı: Sopharma, Bolqarıstan.