Flunol 150 mq №1

Stokda var
5.27 AZN

Tərkibi: flukonazol 150 mq. Farmakoterapevtik qrup: göbələk əleyhinə vasitə. İstifadəsinə göstərişlər: kriptokokkoz, kriptokokk meningiti və digər nahiyələrin infeksiyaları; kandidemiya, yayılmış kandidoz və peritonun, endokardın, gözlərin, tənəffüs yollarının və sidik yollarının infeksiyaları kimi digər invaziv kandidal infeksiya formaları da daxil olmaqla ümumiləşdirilmiş kandidoz. Selikli qişa kandidozu, genital kandidoz; kəskin və ya təkrarlanan vaginal kandidoz; vaginal kandidozun təkrarlanma tezliyini azaltmaq üçün profilaktika; kandidal balanit. Dərinin mikozları, onikomikoz və dəri kandidal infeksiyalar. Dərin endemik mikozlar, koksidioidomikoz, parakoksidioidomikoz, sporotrixoz və histoplazmoz. Sitotoksik kimyaterapiya və ya şüa terapiyası nəticəsində bu cür infeksiyaların inkişafına meylli bədxassəli şişləri olan xəstələrdə göbələk infeksiyalarının qarşısının alınması. İstehsalçı: Nobel, Türkiyə.

Share:

Oxşar Məhsullar

Ana Səhifə Hesab 0 Səbət