Tərkibi: Centaurii herba 18 mq, Levistici officinalis radices 18 mq, Rosmarini officinalis folia 18 mq. Farmakoterapevtik qrup: Böyrək və sidik yolları xəstəliklərində istifadə edilən bitki mənşəli dərman. İstifadəsinə göstərişlər: 6 yaşdan yuxarı uşaqlar və böyüklər üçün kompleks müalicənin bir hissəsi kimi: kəskin və xroniki sidik kisəsi infeksiyaları (sistit); yoluxucu və qeyri-infeksion xroniki böyrək iltihabı (piyelonefrit, qlomerulonefrit, interstisial nefrit); sidik daşı əmələ gəlməsinin qarşısının alınması üçün (həmçinin sidik daşı çıxarıldıqdan sonra). İstehsalçı: Bionorica, Almaniya.