Tərkibi: 17β estradiol 2 mq. Farmakoterapevtik qrup: estrogen. İstifadəsinə göstərişlər: ilkin və ikincili amenoreya; reproduktiv sistemin hipoplaziyası və ikincili cinsi xüsusiyyətlərin hipoplaziyası; endogen estrogen istehsalının çatışmazlığından qaynaqlanan təbii və ya cərrahi yolla induksiya olunmuş menopauza zamanı müşahidə olunan pozğunluqlar (vazomotor pozğunluqlar, istiləşmə, artan tərləmə, yuxu pozğunluqları, vaginada və aşağı sidik yollarında atrofik proseslər daxil olmaqla) üçün hormon əvəzedici terapiya; vaginanın və aşağı sidik yollarının təkrarlanan yoluxucu və iltihabi xəstəliklərinin qarşısının alınması; postmenopozal osteoporozun qarşısının alınması və müalicəsi. İstehsalçı: Novo Nordisk, Danimarka.