Tərkibi: şüşəyəbənzər cisim 2 ml. Farmakoterapevtik qrup: metabolik. İstifadəsinə göstərişlər: polinevrit, radikulit, nevralgiya; əməliyyatdan sonrakı erkən dövrdə birləşdirici toxumanın həddindən artıq böyüməsinin qarşısının alınması; yanıq, əməliyyatdan sonrakı keloid və digər çapıqların müalicəsi; oynaq kontrakturası; sınıqlarda kallus əmələ gəlməsini sürətləndirmək üçün. İstehsalçı: Белмедпрепараты, Belarusiya.