Tərkibi: lansoprazol 30 mq. Farmakoterapevtik qrup: xora əleyhinə. İstifadəsinə göstərişlər: mədə və onikibarmaq bağırsağın xorası; qeyri-steroid iltihab əleyhinə dərmanların istifadəsi ilə bağlı yaranan mədə və onikibarmaq bağırsağın eroziv xoraları, stres xoraları; qastroezofageal reflüks xəstəliyi, Helicobacter pylori-nin eradikasiyası (antibiotiklərlə birlikdə); Zollinger-Ellison sindromu daxil olmaqla patoloji hipersekretor vəziyyətlər; mədə turşuluğunun artması ilə müşayiət olunan xroniki qastritin kəskin mərhələsi, xorasız dispepsiya. İstehsalçı: “Rotapharm Limited”, Böyük Britaniya.