Tərkibi: xorioqonadotropin alfa 250 mkq. Farmakoterapevtik qrup: cinsi hormonlar və reproduktiv sistemin modulyatorları; qonadotropinlər və digər yumurtlama stimulyatorları; qonadotropinlər. İstifadəsinə göstərişlər: qonadotropinlərlə stimullaşdırıldıqdan sonra follikulyar yetkinləşməni və lüteinləşməni stimullaşdırmaq üçün köməkçi reproduktiv texnologiyaların (in vitro mayalanma da daxil olmaqla) bir hissəsi kimi istifadə olunur. Anovulyator və ya oliqoovulyator sonsuzluq hallarında, follikulyar stimullaşdırmanın sonunda ovulyasiyanı və lüteinləşməni stimullaşdırmaq üçün istifadə olunur. İstehsalçı: Merck, İtaliya.