Tərkibi: dəmir hidroksid saxaroza kompleksi 100 mq. Farmakoterapevtik qrup: antianemik, parenteral tətbiq üçün dəmir preparatı. İstifadəsinə göstərişlər: dəmir çatışmazlığı halları: dəmirin sürətli bərpası tələb olunduqda; oral dəmir preparatlarına qarşı dözümsüzlük və ya müalicə rejiminə əməl edilmədikdə; aktiv iltihabi bağırsaq xəstəliyi olduğu halda, oral dəmir preparatları təsirsiz olduqda. İstehsalçı: Santa Farma İlaç, Türkiyə.