Tərkibi: 5,631 q fosfomisin trometalol (3 q fosfomisinə ekvivalent). Farmakoterapevtik qrup: geniş spektrə malik antibiotik. İstifadəsinə göstərişlər: Fosfomisinə həssas mikroorqanizmlərin yaratdığı yoluxucu və iltihabi xəstəliklər. Kəskin bakterial sistit, təkrarlanan bakterial sistitin kəskin tutmaları; qeyri-spesifik bakterial uretrit; hamilə qadınlarda asimptomatik massiv bakteriuriya; əməliyyatdan sonrakı sidik yolları infeksiyaları. Sidik yolları əməliyyatı və transuretral diaqnostik tədqiqatlar zamanı infeksiyaların qarşısının alınması. İstehsalçı: C&G Farmaceutici, İtaliya.