Tərkibi: seftriakson 1 qr. Farmakoterapevtik qrup: sefalosporinlər qrupuna aid III nəsil antibiotik. İstifadəsinə göstərişlər: sepsis; meningit; Laym xəstəliyi (erkən və gec mərhələləri); qarın boşluğu orqanlarının infeksiyaları (peritonit, öd yollarının və mədə-bağırsaq traktının infeksiyaları); sümük və oynaq infeksiyaları; dəri və yumşaq toxuma infeksiyaları; çanaq infeksiyaları; böyrək və sidik yollarının infeksiyaları; tənəffüs yollarının infeksiyaları (pnevmoniya və digər ); LOR infeksiyaları; qonoreya və digər genitouriya infeksiyaları. Əməliyyatdan sonrakı dövrdə infeksiyaların qarşısının alınması. İstehsalçı: Laboratorio Farmaceutico CT Srl, İtaliya.